Paris teraktının təşkilatçısı öldürüldü
Bizi izləyin

Dünya

Paris teraktının təşkilatçısı öldürüldü

Paris teraktının təşkilatçısı öldürüldü.

Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın avia zərbələri nəticəsində İŞİD-in 3 əsas komandiri öldürülüb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Eşton Karter İtaliyada amerikalı hərbi pilotlarla görüşündə deyib.

Öldürülən İŞİD komandirlərindən ikisi - Saxal Qurmat və Sammi Cedu Parisdə ötən ilin noyabrın 13-də törədilən terror aktının təşkilatçısı olublar.

Parisin "Stade de France" arenası və Sen-Deni qəsəbəsində törədilən terror aktında 130 nəfər ölmüş, 350 insan yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm