Dəmir yolunda qatar yandı - - FOTO
Bizi izləyin

Dünya

Dəmir yolunda qatar yandı - - FOTO

Elektrik qatarında yanğın baş verib.

Gürcüstanda Kutaisidən Batumiyə gedən elektrik qatarında yanğın baş verib.

“Gürcüstan Dəmir Yolları” QSC-dən bildiriblər ki, dekabrın 18-də günorta saatlarında Kutaisidən Batumiyə gedən 682 nömrəli elektrik qatarında yanğın olub. Hadisə Xedcaliya kəndi ərazisində baş verib. Qatarın vaqonlarından biri alovlanıb. Qatar heyətinin və yaxınlıqda olan kənd əhalisinin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunub, alov söndürülüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Görülmüş operativ tədbirlər nəticəsində dəmir yolunda qatarların hərəkəti bərpa olunub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm