Rusiyanın daha bir diplomatı öldürüldü (YENİLƏNDİ) - - VİDEO/FOTO
Bizi izləyin

Dünya

Rusiyanın daha bir diplomatı öldürüldü (YENİLƏNDİ) - - VİDEO/FOTO

Hadisə zamanı ölən şəxsin həyat yoldaşının da orada olduğu bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Pyotr Polşikovun ölümünü təsdiqləyib.

“19 dekabrda Moskvada Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası departamentinin əsas məsləhətçisi Pyotr Polşikov həlak olub. Hazırda Rusiyanın hüquq-mühafizə orqanları faciənin təfərrüatlarının müəyyənləşdirilməsi ilə məşğul olur. İlkin planda bədbəxt hadisədən, onun xidməti fəaliyyəti ilə bağlı olmayan hadisədən söhbət gedir”, - Rusiya xarici siyasət idarəsinin xəbərində deyilir.

***

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ötən gün qətlə yetirilməsindən sonra bu ölkənin Xarici İşlər Nazirliyinin daha bir əməkdaşı evində ölü tapılıb.

Publika.az REN TV-yə istinadən xəbər verir ki, hadisə dünən paytaxt Moskvada baş verib.

Cəsədi aşkar edilən şəxs Rusiya XİN-in Latın Amerika departamentinin şöbə rəisi Pyotr Polşikovdur.

Onun yaşadığı evdə başından vurularaq öldürüldüyü bildirilir. Cinayətdə istifadə edilən silah hamamda yerləşən əl-üz yuyanın arxasından tapılıb.

Hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib.

Məlumatda qeyd olunur ki, Polşikov öldürülən zaman həyat yoldaşı evdə olub. Onun ölümündə həyat yoldaşı da şübhəli bilinir.

***

Rusiyanın Türkiyədəki səfiri Anderey Karlovun öldürüldüyü gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yüksək ranklı məmumru evində ölü tapılıb.

Publika.az "Hurriyet"ə istinadən xəbər verir ki, Britaniya mətbuatında yer alan xəbərə görə, ölən şəxs Rusiya XİN-in məxfi departamentlərindən birinin rəhbəri olub.

Hadisə yerinə gələn polis mətbəxdə su kranının altında iki giliz və bir tapança tapıb.

Hadisə zamanı ölən şəxsin həyat yoldaşının da orada olduğu bildirilir.

Haqqında rəsmi açıqlama verilməyən hadisənin cinayət, yaxud intihar ola biləcəyi ehtimalları irəli sürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm