Putinlə danışandan sonra özünü güllələdi
Bizi izləyin

Dünya

Putinlə danışandan sonra özünü güllələdi

Rusiyanın “Birinci kanal”ının direktoru Konstantin Ernstin “Qazprom” direktoru Aleksey Miller və Prezident Vladimir Putinlə uzun-uzadı telefon danışıqlarından sonra özünü güllələdiyi bildirilir.

“Axar.az”ın Rusiya mediasına istinadən məlumatına görə, bu barədə xəbər kanal daxilindəki mənbədən sızıb. Qeyd edilir ki, Rusiya dövlət başçısı və “Qazprom” şırkətinin rəhbəri ilə həyacan dolu danışıqlardan sonra öz evinə gələn və şəxsi otağına girən Ernst özünü güllələyib. Güllə səsini onunla bir evdə yaşayan Larisa Sinelşikova eşidib.

Konstantin Ernstin Kliniki Xəstəxanaya yerləşdirilib. Çənə və dil nahiyələrindən güllə yarası alan Baş direktor hazırda hüşsuz vəziyyətdədir.

Xatırladaq ki, “Birinci kanal”ın mətbuat katibi və həkimlər hadisəni şərh etməkdən imtina ediblər.

Onu da qeyd edək ki, Soçidə keçiriilən qış olimpiya oyunlarının açılış mərasiminin quruluşu məhz Konstantin Ernstə həvalə olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm