Çavuşoğlu Kerriyə rus səfiri öldürən təşkilatı açıqladı
Bizi izləyin

Dünya

Çavuşoğlu Kerriyə rus səfiri öldürən təşkilatı açıqladı

Çavuşoğlu Kerriyə rus səfiri öldürən təşkilatı açıqladı.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında telefon söhbəti olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kerrinin istəyi ilə baş tutan telefon söhbətində türkiyəli nazir həmkarına Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı sui-qəsdlə əlaqədar məlumat verib.

Çavuşoğlu sui-qəsdin arxasında Fəthullahçı Terror Təşkilatının (FETÖ) olduğunu söyləyib. Türkiyə xarici siyasət idarəsinin başçısı həmkarının diqqətinə çatdırıb ki, bunu həm Türkiyə, həm də Rusiya bilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm