Çavuşoğlunun mühafizəçisi iranlı nazirin mühafizəçisinin GÖZÜNÜ QORXUTDU - FOTO
Bizi izləyin

Dünya

Çavuşoğlunun mühafizəçisi iranlı nazirin mühafizəçisinin GÖZÜNÜ QORXUTDU - FOTO

İranlı mühafizəçi türk mühafizəçidən gözünü ayırmır və...

Dekabrın 19-da Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun 22 yaşlı Mövlud Mert Altıntaş tərəfindən öldürülməsi Moskvada keçirilən Rusiya-Türkiyə-İran xarici işlər nazirlərinin görüşündəki atmosferə də təsir edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, mühafizəçilər yalnız öz obyektlərini deyil, həm də bir-birlərini diqqətlə müşahidə ediblər.

Sosial şəbəkədə görüşdən çəkilən bir foto yayılıb. Görüşdə Türkiyə və İranın xarici siyasət idarələrinin başçıları - Mövlud Çavuşoğlu və Cavad Zərif yanaşı oturublar. İran nazirinin mühafizəçisi həm Cavad Zərifi qorumaq, həm də türk mühafizəçisini diqqətlə müşahidə etmək mövqeyi seçib.

Dərc edilmiş fotoda iranlı mühafizəçi türk mühafizəçisindən gözünü yayındırmır.

Öz növbəsində, Rusiya nazirinin mühafizəçisi vəziyyətə nəzarət edib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm