Səfirin qətlinin arxasında Fəthullah dayanır? – Kremldən ŞƏRH
Bizi izləyin

Dünya

Səfirin qətlinin arxasında Fəthullah dayanır? – Kremldən ŞƏRH

Moskva hesab edir ki, birgə istintaq qrupunun fəaliyyətinin nəticələrini gözləmək lazımdır.

“Səfirin qətlinin arxasında kimin dayandığına dair nəticələr çıxarmağa tələsmək lazım deyil”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun fikirlərini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Moskva hesab edir ki, birgə istintaq qrupunun fəaliyyətinin nəticələrini gözləmək lazımdır. Birgə istintaq qrupu dünən Ankarada fəaliyyətə başladı. İndiki halda, əlbəttə ki, hansısa nəticələr çıxarmaq tezdir”, - deyə o bildirib.

Qeyd edək ki, dünən axşam saatlarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında telefon söhbəti olub. Kerrinin istəyi ilə baş tutan telefon söhbətində türkiyəli nazir həmkarına Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı sui-qəsdlə əlaqədar məlumat verib. Çavuşoğlu sui-qəsdin arxasında Fəthullahçı Terror Təşkilatının (FETÖ) olduğunu söyləyib. Türkiyə xarici siyasət idarəsinin başçısı həmkarının diqqətinə çatdırıb ki, bunu həm Türkiyə, həm də Rusiya bilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm