Moskvada metroda partlayış: yaralılar var (YENİLƏNDİ) - - VİDEO
Bizi izləyin

Dünya

Moskvada metroda partlayış: yaralılar var (YENİLƏNDİ) - - VİDEO

Partlayışa səbəb qaz balonu olub.

Hadisə nəticəsində 6 nəfər zərər çəkib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Müstəntiqlər fövqəladə hadisənin şahidlərini dindirirlər.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisədə kriminal motiv yoxdur. Metropolitenin mətbuat xidmətindən bildiriblər ki, hadisə metronun işinə təsir etməyib.

***

Rusiya paytaxtı Moskva şəhərində yerləşən “Kolomensk” metro stansiyasının keçidində partlayış baş verib.

Publika.az xəbər verir ki, bu haqda “İnterfaks” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Partlayışa səbəb qaz balonu olub.

Mənbənin sözlərinə görə, partlayış stansiyanın cənub vestibülünün yaxınlığında qaz-qaynaq işləri prosesində baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Stansiyanın cənub vestibülü girişə bağlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm