İŞİD-in Avropaya hücumuna günlər qaldı – XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

İŞİD-in Avropaya hücumuna günlər qaldı – XƏBƏRDARLIQ

Müvafiq xəbərdarlıqlar dekabrın əvvəlində göndərilib.

Avropol (Avropa İttifaqının polis xidməti) Milad və Yeni il bayramları ərəfəsində Avropada terror aktlarının mümkünlüyü barədə xəbərdarlıq edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Yunanıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, terror aktları Fransa, Almaniya, Belçika və Şimali Avropa ölkələrində həyata keçirilə bilər. Agentliyin həmsöhbəti qeyd edib ki, müvafiq xəbərdarlıqlar dekabrın əvvəlində göndərilib.

Xatırladaq ki, dekabrın 19-da yük maşını Berlinin mərkəzində Milad bazarında toplaşmış insanların arasına girib. Nəticədə 12 nəfər həlak olub, 48-i yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Terror aktını törətməkdə 24 yaşlı tunisli Anis Amri şübhəli bilinir. Hazırda onun axtarışı davam edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm