Rusiya təyyarəsi havada partlayıb? - - VİDEO
Bizi izləyin

Dünya

Rusiya təyyarəsi havada partlayıb? - - VİDEO

Dünən Qara dənizin üzərində partlayışın olduğunu göstərən xarici müşahidə kameralarının videoyazıları diqqətlə öyrənilib.

Soçi aeroportuna yaxın kameraların obyektivinə düşmüş sirli partlayışın Rusiyanın Tu-154 təyyarəsinin qəzası ilə heç bir əlaqəsi yoxdur.

Publika.az xəbər verir ki, bu haqda “İnterfaks” agentliyinə qəzanın araşdırılması üzrə operativ qərargahdakı mənbə bildirib.

“Dünən Qara dənizin üzərində partlayışın olduğunu göstərən xarici müşahidə kameralarının videoyazıları diqqətlə öyrənilib. Müəyyən edilib ki, videoyazı təyyarənin radarlardan itməsindən təxminən yarım saat sonra qeydə alınıb və təyyarə qəzası ilə heç bir əlaqəsi yoxdur”, - mənbə deyib.

Daha əvvəl KİV-də Tu-154 təyyarəsinin havada partladığı iddia edilən görüntülər yayılıb.

“Hazırda bu informasiyalar birmənalı nəticələr çıxarmaq üçün kifayət deyil. Təyyarənin mühərriklərini səthə qaldırmaq və onların vəziyyətini öyrənmək lazımdır”, - deyə “İnterfaks”ın həmsöhbət bildirib.

Daha əvvəl Rusiya Nəqliyyat Nazirliyinin başçısı Maksim Sokolov bildirib ki, terror aktı qəzanın əsas versiyası kimi baxılmır.

Xatırladaq ki, göyərtəsində musiqiçilər, jurnalistlər və hərbçilərin olduğu təyyarə dünən Soçidən havaya qalxandan 7 dəqiqə sonra Qara dənizə düşüb. Qəza nəticəsində 84 sərnişin və ekipajın 8 üzvü olmaqla 92 nəfər həyatını itirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm