Avtomobil 300 metrlik uçurumdan aşdı: 12 nəfər öldü
Bizi izləyin

Dünya

Avtomobil 300 metrlik uçurumdan aşdı: 12 nəfər öldü

Hadisənin dəqiq səbəbi araşdırılır.

Perunun cənubunda avtomobil 300 metrlik uçurumdan aşıb, nəticədə 12 nəfər ölüb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Ayakuço bölgəsində baş verib.
Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Üç yaralı yerli xəstəxanaların birinə yerləşdiriliblər. Nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən qaçıb.
Hadisənin dəqiq səbəbi araşdırılır. İlkin məlumatlara görə, qəzaya avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm