Bir həftə ərzində... - Rusiyaya qarşı BÖYÜK HÜCUM
Bizi izləyin

Dünya

Bir həftə ərzində... - Rusiyaya qarşı BÖYÜK HÜCUM

Donald Tramp da dəfələrlə bildirib ki, hücumların məhz Rusiya hakerləri tərəfindən edildiyini göstərən inandırıcı sübutları görmür.

ABŞ prezidenti Barak Obama administrasiyası seçkiqabağı kampaniya zamanı haker hücumları ilə əlaqədar Rusiyaya qarşı cavab ölçüləri üzərində işi başa çatdırmaq üzrədir.

Publika.az xəbər verir ki, bu haqda anonim mənbələrə istinadən “The Washington Post” qəzeti yazıb.

“Obama administrasiyası 2016-cı ildə prezident seçkilərinə müdaxiləyə görə Rusiyanı cəzalandırmaq üçün cavab addımları atmağa hazırdır. Söhbət xüsusi halda, iqtisadi sanksiyalar və diplomatik ölçülərdən gedir”, - deyə mənbələr bildirib.

Bu, cavab addımlarının gizlədilməyən hissəsidir. Bundan başqa, qəzetin məlumatına görə, Rusiyaya qarşı cavab olaraq kiberhücumların həyata keçirilməsi nəzərdə tutulur.

“The Washington Post” qeyd edir ki, bir həftə ərzində cavab addımlarının gizlədilməyən hissəsi elan edilə bilər.

Qeyd edək ki, Vaşinqton Rusiyanı seçkiqabağı kampaniyaya müdaxilədə və haker hücumlarında ittiham edir. Moskva isə ittihamları rədd edir. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da dəfələrlə bildirib ki, hücumların məhz Rusiya hakerləri tərəfindən edildiyini göstərən inandırıcı sübutları görmür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm