Səudiyyədə eyş-işrət məclisi - POLİS BASQIN ETDİ - - VİDEO
Bizi izləyin

Dünya

Səudiyyədə eyş-işrət məclisi - POLİS BASQIN ETDİ - - VİDEO

Əyləncə məclisindən görüntülər "Youtube"yə yüklənən kimi polis fəaliyyətə keçib.

Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri olan Ciddədə polis kişili-qadınlı içki məclisi keçirilən evə basqın edib.

Əyləncə məclisindən görüntülər "Youtube"yə yüklənən kimi polis fəaliyyətə keçib.

Videoda içki içdikləri, yarı-çılpaq olduqları görünən gənclər saxlanılıb. Şəriət qaydaları ilə idarə olunan ölkədə kişili-qadınlı spirtli içki məclisi keçirmək böyük günahdır.

Videodan göründüyü kimi, gənclər ərəb musiqisinin sədaları altında rəqs edir, içki içir, əylənir. Polis məclis iştirakçılarını dindirməyə başlayıb. İçki məclisinin təşkilatçısı hesab olunan İordaniya vətəndaşı isə sərhədi keçmək istəyərkən saxlanılıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm