Səfirin qatilinin ŞOK BAĞLANTISI: Moskvada yaşayan qadınla...
Bizi izləyin

Dünya

Səfirin qatilinin ŞOK BAĞLANTISI: Moskvada yaşayan qadınla...

Mert Altıntaş Karlova sui-qəsdə qədər Moskvaya gedib.

Rusiyanın Türkiyədəki səfiri Andery Karlovun qatili Mert Altıntaşın rəfiqəsi, Rusiya vətəndaşı qətlin araşdırılması çərçivəsində Moskvada dindirilib.

Publika.az xəbər verir ki, bu haqda Türkiyənin “Hurriyet” qəzeti yazıb.

Qəzetin hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, istintaq hazırda Moskvada yaşayan Rusiya vətəndaşı ilə qatilin əlaqəsini aşkar edib. Müəyyən edilib ki, Altıntaş bir müddətdir onunla dost münasibətlərinə malik idi. Mert Altıntaş Karlova sui-qəsdə qədər Moskvaya gedib.

Mənbənin məlumatına görə, Rusiya istintaq orqanları qadını taıb və onu dindirib. Qadın bir müddətdir Altıntaşla əlaqə saxladığını təsdiqləyib.

Xatırladaq ki, Rusiya səfiri dekabrın 19-da Ankarada fotosərginin açılışında qətlə yetirilib. Cinayətin araşdırılması üçün Rusiya və Türkiyə birgə istintaq qrupu yaradıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm