Tətilə gedən Yunanıstan səfirinin yanmış cəsədi tapıldı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Tətilə gedən Yunanıstan səfirinin yanmış cəsədi tapıldı (YENİLƏNİB)

Tətilə gedən Yunanıstan səfiri itkin düşdü.

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis tərəfindən kirayəyə götürülmüş avtomobil Braziliyanın Rio-de-Janeyro şəhərində yandırılmış vəziyyətdə tapılıb.

"Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Məlumata görə, avtomobilin içində yanmış meyit aşkarlanıb. Cəsəd ekspertizaya göndərilib.

Polisin ilkin məlumatında bildirilir ki, səfiri son dəfə Rio-de-Janeyroda dekabrın 26-da görüblər. Onun yoxa çıxması barədə məlumatı polisə həyat yoldaşı verib.

Məzuniyyətdə olan səfir iş başına yanvarın 9-da qayıtmalı idi.

Amiridis 2016-cı ilin yanvarında səfir vəzifəsinə təyin olunub. O, 2001-ci ildən 2004-cü ilə qədər Yunanıstanın Rio-dakı baş konsulu olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

***

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis Rio-de-Janeyroda itkin düşüb.

Publika.az "TASS" agentliyinə istinadən xəbər verir ki, sonuncu dəfə diplomat həftənin bazar ertəsi görünüb.

Braziliya polisi hazırda səfirin axtarışı ilə məşğuldur.

Qeyd edək ki, səfirlik Braziliyanın paytaxtı Braziliada yerləşir. Səfir isə Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm