Orduda daha bir şəhid
Bizi izləyin

Dünya

Orduda daha bir şəhid

Hazırda yaralıların vəziyyəti qeyri-kafi olaraq qiymətləndirilir

Türk ordusu Suriyada daha bir şəhid verdi

Türkiyə ordusunun Suriyada başladığı “Fərat qalxanı” hərbi əməliyyatı zamanı daha bir hərbçisi şəhid olub, 9 nəfər isə yaralanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bununla da Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” əməliyyatı zamanı verdiyi şəhidlərin sayı 39- a çatıb.

Rütbəsi çavuş olan türk hərbçi Suriyanın Əl bab bölgəsində gedən döyüşlər zamanı şəhid olub.

Yaralı hərbçilər sərhəddə gözləyən təcili tibbi yardım avtomobilləri ilə Türkiyənin Kilis dövlət xəstəxanasına çatdırılıb. Hazırda yaralıların vəziyyəti qeyri-kafi olaraq qiymətləndirilir.

Şəhidin cənazəsi isə doğulduğu Qaziəntəpə gətiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm