“Kinder-sürpriz”in yaradıcısı vəfat etdi
Bizi izləyin

Dünya

“Kinder-sürpriz”in yaradıcısı vəfat etdi

U.Selis “Ferrero” şirkətinin rəhbərlərindən biri olub.

Şokolad və daxilində oyuncaq olan məşhur “kinder-sürpriz”in müəllifi Uilyam Selis 83 yaşında İtaliyada ürək tutmasından vəfat edib.

Publika.az Apa.az-ya istinadən “Meduza” nəşrinə istinadən verdiyi məlumata görə, U.Selis “Ferrero” şirkətinin rəhbərlərindən biri olub.

“Kinder-sürpriz” satışına 1974-cü ilin əvvəlində başlanıb və o vaxtdan indiyə qədər tək uşaqlar deyil, müxtəlif oyuncaq kolleksiyası yaradan böyüklər arasında da məşhurlaşıb.

Qeyd edək ki, ABŞ-da “kinder-sürpriz” satışı qadağan edilib. ABŞ qanunvericiliyi yeməli məhsulların tərkibində yeyilməsi mümkün olmayan detalların yerləşdirilməsini qadağan edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm