Naziri küçədə güllələdilər
Bizi izləyin

Dünya

Naziri küçədə güllələdilər

İstintaq çərçivəsində olayla bağlı bir qadın saxlanılıb.

Ötən gecə naməlum şəxs Burundinin ətraf mühit məsələləri üzrə naziri Emmanuel Noyonkurunu güllələyərək qətlə yetirib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə paytaxt Bujumburedə baş verib.

Silahlı kişi nazir evə qayıdarkən ona atəş açıb. İstintaq çərçivəsində olayla bağlı bir qadın saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm