Üç ölkədən Türkiyə xəbərdarlığı
Bizi izləyin

Dünya

Üç ölkədən Türkiyə xəbərdarlığı

“Radikal qrupların Amerika vətəndaşları və digər əcnəbilərin yaşadığı, yaxud tez-tez getdiyi yerlərə şiddətli hücumları davam edir”.

İstanbulda gecə klubuna silahlı hücumdan sonra ABŞ Türkiyədəki vətəndaşlarına xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasında Amerika vətəndaşlarına hücumun olduğu bölgəyə getməmək tövsiyə olunur.

“Radikal qrupların Amerika vətəndaşları və digər əcnəbilərin yaşadığı, yaxud tez-tez getdiyi yerlərə şiddətli hücumları davam edir”, - açıqlamada bildirilir.

Qeyd edək ki, Avstraliya və Böyük Britaniya da Türkiyədə olan, yaxud Türkiyəyə getməyi planlaşdıran vətəndaşlarına xəbərdarlıq edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm