SON DƏQİQƏ: Gecə klubunda yaralanan azərbaycanlıların kimliyi məlum oldu (YENİLƏNİB)
Bizi izləyin

Dünya

SON DƏQİQƏ: Gecə klubunda yaralanan azərbaycanlıların kimliyi məlum oldu (YENİLƏNİB)

Ölənlərdən 25-i kişi, 14-ü isə qadındır.

İstanbulda törədilmiş terror aktında yaralanan Azərbaycan vətəndaşlarının kimliyi məlum olub.

APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, yaralanan şəxslər Rəşad Vəliyev və Günel Həsənovadır. Onların xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.

***

Dünən gecə Ortaköydəki “Reina” gecə klubuna silahlı basqında ölənlərin kimlikləri məlum olub.

Publika.az xəbər verir ki, hadisədə həyatını itirən 35 nəfərdən 12-si türk, 23-ü isə əcnəbidir. 4 nəfərin kimliyi hələ naməlumdur.

Terror hadisəsində ölənlər arasında 12-si Türkiyə olmaqla, Səudiyyə Ərəbistanı (7 nəfər), İraq (3), Livan (3), Tunis (2), Hindistan (2), İordaniya (2), Küveyt, Kanada, Suriya və İsrail vətəndaşları var.

Tibbi ekspertizadan sonra ölənlərin adları açıqlanıb:

Burak Yıldız (şəhid polis), Fatih Çakmak, Yunus Görmek, Hatice Karcılar, Bahadır Çakır, Ayhan Arık, Mustafa Jalal Abbas, Mustafa Kaya, Baran Cemal, Mustafa Barın, Kenan Kutluk, Ahmed Saud Alfadul, Muhammed Saud Alfadul, Hatice Aslandoğu, Mustafa Seymen, Hatice Uyar, Ahmed Raad (İraq), Ahmed İsam, Basma Abourazaq.

Türkiyəlilərin cənazəsi yaxınlarına təhvil verilib.

Ölənlərdən 25-i kişi, 14-ü isə qadındır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm