Almaniyada növbəti terrorun qarşısı alındı
Bizi izləyin

Dünya

Almaniyada növbəti terrorun qarşısı alındı

Almaniyada növbəti terrorun qarşısı alındı.

Almaniya polisi İŞİD qruplaşması ilə əlaqədə olaraq terror aktı həyata keçirməkdə şübhəli bilinən suriyalı miqrantı saxlayıb.

“Report” “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya prokurorluğu məlumat yayıb.

“Saxlanılan şəxs 2016-cı ilin dekabrında Saarbrüken şəhərindən öz telefonu ilə zəng edərək Suriyadakı əlaqəli şəxsdən 180 min avro istəyib. Bu vəsaiti o nəqliyyat vasitələri alıb, partlayıcı qurğu ilə təchiz edib əhalinin sıx olan yerlərinə sürmək üçün istəyib”, - prokurorluğun yaydığı məlumatda deyilir.

Adı açıqlanmayan həmin şəxs İŞİD-lə əlaqəsinin olduğunu təsdiqləyib. Lakin o, pulu terror aktı törətmək üçün deyil, Suriyadakı ailəsini dolandırmaq üçün istədiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm