Tarixi etiraf: “İŞİD-i ona görə gücləndirdik ki...”
Bizi izləyin

Dünya

Tarixi etiraf: “İŞİD-i ona görə gücləndirdik ki...”

ABŞ dövlət katibi Con Kerrinin Suriya müxalifəti ilə görüşünün səs yazısı yayılıb.

ABŞ dövlət katibi Con Kerrinin Suriya müxalifəti ilə görüşünün səs yazısı yayılıb.

Publika.az xəbər verir ki, səs yazısı mətbuata "Wikileaks" saytı tərəfindən ötürülüb.

Səs yazısının bir hissəsi sentyabrın 30-da “New York Times” nəşri tərəfindən dərc olunmuşdu. Ancaq Konqresin Nümayəndələr Palatası səs yazısına girişi dayandırmışdı.

Mənbələrinin gizliliyini saxlayaraq hökumət və digər təşkilatların gizli sənədlərini yayan “Wikileaks” isə dünən səs yazısının hamısını dərc edib. Səs yazısında Kerri ilə Suriya müxalifətinin 37 dəqiqəlik danışığı yer alıb. Dövlət katibi Suriyaya hərbi müdaxilə üçün prezident Barak Obamanı razı salmağa çalışdığını, ancaq uğursuz olduğunu söyləyib.

Kerri İŞİD terror təşkilatının güclənməsini uzaqdan izlədiklərini, bunu da Suriya prezidenti Bəşər Əsədi danışıqlara məcbur etmək üçün etdiklərini deyib. Onun sözlərinə görə, ABŞ Əsədin Rusiyadan kömək istəyəcəyini təxmin edə bilməyib.

“Bilirdik ki, İŞİD getdikcə güclənir və biz seyrçi qalırdıq. İŞİD gücləndikcə Əsədin təhdid altında qalacağını düşünürdük. Ancaq Əsəd bizimlə danışıqlar aparmaq əvəzinə Putinlə razılaşmanı seçdi”, - deyə Kerri bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm