İŞİD və ABŞ Türkiyəyə qarşı müharibə aparır - RƏSMƏN TƏSDİQLƏNDİ
Bizi izləyin

Dünya

İŞİD və ABŞ Türkiyəyə qarşı müharibə aparır - RƏSMƏN TƏSDİQLƏNDİ

"Rakkadakı İŞİD-çilər Əl Babda türk əsgərinin üzərinə göndərilir”

“Rakkadan Əl Baba doğru gələn İŞİD terrorçularının koordinatlarını koalisiya qüvvələrinə versək də, terrorçulara heç bir hücum təşkil edilmir”.

Publika.az xəbər verir ki, bunu “New York Times” nəşrinə danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə xarici siyasət idarəsinin başçısı bununla da “Aydınlıq” nəşrinin iddiasını təsdiqləyib. Türkiyə nəşri dekabrın 22-də yazmışdı ki, ABŞ Əl Babda İŞİD üzvlərini Türkiyə əsgərlərinin üzərinə göndərir.

Qəzet yazıb ki, ABŞ-ın Rakka əməliyyatı 2017-ci ilin aprel-may aylarına qədər təxirə salındığı elan olunandan sonra, Rakka şəhərindəki və ətrafındakı terrorçular Əl Baba gələrək türk əsgərlərinə hücum edirlər. İddialara görə, ABŞ Rakka əməliyyatını terrorçuların Əl Babda Türkiyə ordusuna qarşı istifadə etmək üçün təxirə salıb.

“ABŞ Türkiyənin Əl Baba girişinin qarşısını ala bilmədiyi üçün bölgədə İŞİD-çilərin sayını artırdı. Daha əvvəl PKK-nın Suriya qolu olan PYD ilə birlikdə İŞİD-in “paytaxtı” sayılan Rakkada əməliyyat başlayacağını elan edən ABŞ Türkiyənin Əl Baba müdaxiləsindən sonra əməliyyatı təxirə saldı. Çünki Rakkadakı İŞİD-çilər Əl Babda türk əsgərinin üzərinə göndərilir”, - deyə qəzet yazmışdı.

Qəzetin yüksək səviyyəli kəşfiyyat mənbələrindən əldə etdiyi məlumata görə, ABŞ-n Rakkadan Əl Baba göndərdiyi İŞİD-çilər sayı 700 nəfərdir.

“Bu terrorçular çox yaxşı təlim görüblər”, - deyə mənbə açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm