Türkiyə ordusu İŞİD-in 35 hədəfini bombaladı
Bizi izləyin

Dünya

Türkiyə ordusu İŞİD-in 35 hədəfini bombaladı

Türkiyə ordusu İŞİD-in 35 hədəfini bombaladı.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı nəticəsində İŞİD terror təşkilatına məxsus 35 hədəf bombalanıb. Bombardman nəticəsində 3-ü yüksək rütbəli olmaqla 37 terrorçu məhv edilib.

Publika.az “Anadolu” agentliyinə istinadla bildirir ki, keçirilən əməliyyatlar nəticəsində terrorçuların 18 müdafiə barrikadası, 5 nəzarət nöqtəsi, 3 zirehli maşını, 2 qərargah binası və 7 sığınacağı məhv edilib.

İŞİD terrorçuları ilə atışmada bir türk əsgəri şəhid olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm