• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

Sabiq prezidentin oğlu evində ölü tapıldı

  • Dünya
  • 9 Yanvar 2017 04:11
  • 688 Baxış
Sabiq prezidentin oğlu evində ölü tapıldı

Polşada sabiq prezident Lex Valensanın oğlu Qdansk şəhərindəki evində ölü tapılıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 43 yaşlı Pşemıslav Valensanın meyitinin üzərində zorakılıq əlamətlərinin görünmədiyi bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

Polşanın sabiq prezidenti Lex Valensanın 4 oğlu və 4 qızı var. Evində ölü tapılan Pşemıslav Valensa dəfələrlə yol-nəqliyyat hadisələrinin iştirakçısı olub. 1995-ci ildə o, avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 1 il və 9 ay, 2003-cü ildə isə 1 il müddətinə şərti olaraq azadlıqdan mərhum edilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR