Əsəd ANONS VERDİ: Su müharibəsi başlayır
Bizi izləyin

Dünya

Əsəd ANONS VERDİ: Su müharibəsi başlayır

Su mənbələrini geri almaq üçün ordu hərəkətə keçir.

Suriya prezidenti Bəşər Əsəd Qazaxıstanın Astana şəhərində keçirilməsi planlaşdırılan Suriya ilə bağlı toplantı öncəsi açıqlama verib.

Publika.az xəbər verir ki, Suriya lideri sülh danışıqlarında istənilən mövzunu müzakirə etməyə hazır olduğunu söyləyib.

Dövlət başçısı həmçinin bildirib ki, danışıqlar masasında qarşı tərəfdən kimlərin olacağını hələ bilmir. Dəməşqdəki su probleminə toxunan Əsəd əsas su mənbələrinin işğal edildiyini və onları geri almaq üçün ordunun hərəkətə keçəcəyini deyib.

Əsəd konstitusiyaya dəyişikliklər üçün təklif olunan referenduma da yaşıl işıq yandırıb. O bildirib ki, Astanada keçiriləcək danışıqlarda əsas mövzulardan biri də konstitusiya olmalıdır.

“Bu mərhələdə mənim prezidentliyimi müzakirə etmək istəyirlərsə, konstitusiya da müzakirə edilməlidir. Bu konstitusiya hökumətin, dövlət başçısının, ya da müxalifətin deyil, Suriya xalqının olmalıdır. Və hər konstitusiya üçün referenduma ehtiyac var”, - deyə Suriya lideri bildirib.

Qeyd edək ki, Türkiyə, İran və Rusiyanın vasitəçiliyi ilə Astana sülh danışıqlarının yanvarın 23-də keçirilməsi planlaşdırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm