O İŞİD-i əvəz edəcək: 16 ölkə, yüzdən çox silah növü...
Bizi izləyin

Dünya

O İŞİD-i əvəz edəcək: 16 ölkə, yüzdən çox silah növü...

"ABŞ, Rusiya, İran və Avropa ölkələri bu silahların terror təşkilatlarının əlinə keçmə riskinin yüksək olduğunu bilməlidir".

İraq və Suriyada müsəlmanlara qarşı qətliamlar törədən və İranın dəstəklədiyi “Haşdi Şabi” yeni bir İŞİD olma yolunda irəliləyir.

Publika.az xəbər verir ki, təşkilat 16 ölkədən silah dəstəyi alır.

“Haşdi Şabi”nin 16 ölkədən aldığı 100-dən çox fərqli silah növündən istifadə etdiyi Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) hesabatlarında yer alıb. Xüsusilə İraqdakı qətliamlarla ad çıxaran “Haşdi Şabi” daha sonra Suriya lideri Bəşər Əsədin dəvəti ilə Hələbin müxalifət qüvvələrindən təmizlənməsində rol alıb.

Beynəlxalq Əfv Təşkilatı “Haşdi Şabi”nin müsəlman ərəbləri sistematik şəkildə qətl etdiyini müəyyənləşdirib. Təşkilat Bağdadı “Haşdi Şabi”ni silahlandırmaqda və insan haqlarının pozulmasına göz yummaqda ittiham edib.

Beynəlxalq Əfv Təşkilatının silah üzrə mütəxəssisi Patrik Vilsken qeyd edir ki, İraqı silahla təmin edən ABŞ, Rusiya, İran və Avropa ölkələri bu silahların terror təşkilatlarının əlinə keçmə riskinin yüksək olduğunu bilməlidir.

Təşkilat 2016-cı ilin oktyabr ayında hazırladığı bir başqa hesabatda İraqda İŞİD-dən qaçan vətəndaşların “Haşdi Şabi”nin hücumlarına məruz qaldığını bildirmişdi. Təşkilat bu hücumları “müharibə cinayətləri” olaraq xarakterizə etmişdi.

“Haşdi Şabi”nin formalaşmasında ən önəmli addımı 2016-cı il noyabrın 26-da İraq parlamenti atıb. Parlament “Haşdi Şabi”nin İraq Silahlı Qüvvələrinin himayəsi altına alınmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Bununla da İŞİD-dən çox da fərqlənməyən bir terror təşkilatı ölkə daxilində legitimlik qazandı.

Qanun layihəsi İraq parlamentindəki sünni millət vəkillərinin etirazı ilə qarşılansa da, nəticə dəyişmədi. Qanunun qəbulundan sonra sünni millət vəkilləri sünni bölgələrdə analoji təşkilatların yaradılması təklifi ilə çıxış etdilər. Lakin "Milli Gözətçilər qanunu" layihəsi parlamentdəki iranpərəst qrup tərəfindən rədd edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm