Rusiyanın müstəqilliyi təhlükə altındadır - XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

Rusiyanın müstəqilliyi təhlükə altındadır - XƏBƏRDARLIQ

“Rusiyanın aşağı texnoloji inkişafı ölkənin müstəqilliyini təhdid edir”.

“Rusiyanın aşağı texnoloji inkişafı ölkənin müstəqilliyini təhdid edir”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın sabiq maliyyə naziri, Strateji Araşdırmalar Mərkəzinin sədri Aleksey Kudrin Moskvada keçirilən Qaydar forumunda deyib.

Sabiq nazir hesab edir ki, texnoloji baxımından geri qalması ən yaxın 10-15 ildə Rusiya üçün ən ciddi çağırış olacaq. Kudrinin sözlərinə görə, bu halda Rusiya bazarları itirəcək və vətəndaşların həyat səviyyəsi düşəcək.

“Texnologiya dövləti olmasaq, ölkənin müstəqilliyi üçün təhlükə yaranacaq. Ölkəmiz üçün texnologiya çağırışları daha ciddidir, nəinki geosiyasi baryerlər”, - deyə o bildirib.

Kudrin qeyd edib, indi dünyanın on ən kapitallaşmış şirkətində bank və neft şirkəti praktik olaraq yoxdur:

“Çünki bu onluğa müasir texnologiya ilə məşğul olan kampaniyalar daxil olublar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm