• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

Təyyarə qəzasında ölənlərin sayı 42-yə çatdı - FOTO (YENİLƏNİR)

  • Dünya
  • 16 Yanvar 2017 14:20
  • 1 656 Baxış
Təyyarə qəzasında ölənlərin sayı 42-yə çatdı - FOTO

Bişkekdəki “Manas” Beynəlxalq Aeroportu yaxınlığında Türkiyəyə məxsus "Boeing" 747" yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 42-yə çatıb.

Publika.az xəbər verir ki, bunu Qırğızıstan Baş nazirinin birinci müavini, qəza ilə bağlı yaradılan Hökumət Komissiyasının rəhbəri Muxammedkalıy Abulqaziyev deyib.

Onun sözlərinə görə, ölənlərin 37-si təyyarə düşən qəsəbənin sakinləri, 5-i ekipaj üzvüdür. Qəza nəticəsində xəsarət alan 11 nəfər xəstəxanalara yerləşdirilib.

Hadisə yerində təyyarənin “qara qutu”su aşkarlanıb. Bu barədə “RİA-Novosti” agentliyinə Qırğızıstan hökumətindəki mənbə bildirib.

***

Qırğızıstanın baş nazirinin müavini, qəza ilə bağlı yaradılmış hökumət komissiyasının rəhbəri Muhammetkalıy Abulqazıyev bildirib ki, ilkin məlumatlara görə, qəzanın səbəbi pilotların səhvi ola bilər.

“Amma hər şey araşdırmadan sonra məlum" olacaq”, - deyə o bildirib.

Komissiya rəhbəri qeyd edib ki, təyyarənin pilotları daha əvvəl “Manas” bazasına eniş həyata keçirmişdilər və aeroportu yaxşı tanıyırdılar.

***

Qırğızıstanda qəzaya uğramış Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsində həlak olan pilotların adları açıqlanıb.

Türkiyənin “Vatan” qəzeti xəbər verir ki, təyyarənin komandiri İbrahim Gürgan Diranç, ikinci pilot Kazım Öndül olub. Bundan başqa heyətə Melih Aslan və Nelih Koça daxil olub.

***

“Boeing 747” yük təyyarəsinin qəzası nəticəsində, ilkin məlumatlara görə, 37 nəfər həlak olub. Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin saytında bildirilir.

Nazirlikdən verilən məlumata görə, 37 nəfərdən 30-nun kimliyi müəyyənləşdirilib. Digər 7 cəsəd isə tanınmaz haldadır. Son məlumatlara görə, 11 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 7-si uşaqdır. Yaralıların vəziyyəti ağır olduğu üçün ölənlərin sayının artacağı istisna edilmir.

Aviaqəza nəticəsində 23 yaşayış evi dağıılıb.

***

Türkiyə təyyarəsinin Qırğız Respublikasının paytaxtı Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Bunu Qırğız Respublikasının fövqəladə hallar naziri Kutabek Boronov bildirib.

Ölkənin Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisi İstanbulda yerləşən “ACT” Hava Yolları yükddaşıma şirkətinə aid olduğu bəyan edilib.

Qırğız Respublikası baş nazirinin müavini Muhambetkalıy Abulkaziyevin sözlərinə görə, təyyarə Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçurmuş.

***

Türkiyə Hava Yolları"na məxsus "Boeing" təyyarəsinin Qırğızıstanın Çuysk vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Publika.az "AKİpress"ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Məhəmmədkalıy Əbülqazıyev məlumat verib.

Ölənlərdən 28 nəfəri yerli sakin, 4 nəfəri təyyarənin heyət üzvləridir.

***08:10

"Türkiyə Hava Yolları"na məxsus "Boeing" təyyarəsinin Qırğızıstanın Çuysk vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Bu barədə Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliyevə istinadən "AKİpress" məlumat yayıb.

***07:13

"Turkish Airlines" aviaşirkətinə məxsus "Boeing 747" tipli yük təyyarəsinin Bişkekdə yaşayış evlərinin üzərinə düşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən "Kabar" agentliyi məlumat yayıb.

Məlumata görə, təyyarə təqribən 15 yaşayış evinin üzərinə düşüb. Ölənlər arasında 6-sı uşaq olmaqla 17 yerli sakin, həmçinin 3 heyət üzvü olub.

***

"Reuters"in Qırğızıstan hökumətinə istinadən verdiyi xəbərə görə, ölkənin Çuys vilayətində "Boeing 747" tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 16 nəfər ölüb.

***06:41

Honkonqdan gələn "Turkish Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb.

Bu barədə RİA "Novosti"yə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin Böhranlı Vəziyyətlərin İdarəolunması İdarəsinin rəisi Məhəmməd Svarov məlumat verib.

"Yük təyyarəsi hava şəraitinin pis olması səbəbindən Manas hava limanında eniş edərkən qəzaya uğrayıb. Təyyarənin düşdüyü ərazidə bağ sahəsində yerləşən iki ev yanır", — deyə həmsöhbət bildirib.

Qəza Bakı vaxtı ilə 5:31-də baş verib. Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub.

Heyət üzvlərinin aqibəti məlum deyil. Svarovun sözlərinə görə, təyyarədə iki pilot və texniki işçilərdən ibarət heyət üzvü olub.

Hava limanı işini adi qaydada davam etdirir.

TASS təyyarənin İstanbul-Bişkek marşrutu üzrə hərəkət etdiyini yazır.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR