Həbsxanada 26 məhkumun başı kəsildi – ŞOK
Bizi izləyin

Dünya

Həbsxanada 26 məhkumun başı kəsildi – ŞOK

620 nəfər üçün nəzərdə tutulan qapalı həbsxanada 1083 məhkum saxlanılırdı.

Braziliyanın Rio Grande do Norte əyalətində yerləşən Alcaçuz həbsxanasında üsyan çıxaran 26 məhkumun başı kəsilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, həbsxanada çıxan üsyana səbəb iki qrup arasında baş verən dava olub.

Rio Grande do Norte əyalətinin təhlükəsizlik xidmətinin rəhbəri Caio Bezerra hadisəyə münasibət bildirərək deyib ki, üsyanın yatırılması zamanı 26 nəfər ölüb: “Üsyan çıxaran məhkumların cəsədi müəyyən edilib, digər bir nəfərin cəsədi isə tanınmaz hala salınıb. Eyni zamanda məhkumlardan ikisi yandırılaraq öldürülüb”.

Xatırladaq ki, 620 nəfər üçün nəzərdə tutulan qapalı həbsxanada 1083 məhkum saxlanılırdı. 2017-ci ildən bəri Braziliya həbsxanalarında ümumilikdə 100-ə yaxın məhkum ölüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm