Sobçak: “Odessada milis Timoşenkonun əmrini yerinə yetirib”
Bizi izləyin

Dünya

Sobçak: “Odessada milis Timoşenkonun əmrini yerinə yetirib”

Müxalif mövqeli tanınmış rusiyalı telejurnalist Ksenya Sobçak Odessada baş verən hadisələrlə bağlı maraqlı fikir səsləndirib.

Müxalif mövqeli tanınmış rusiyalı telejurnalist Ksenya Sobçak Odessada baş verən hadisələrlə bağlı maraqlı fikir səsləndirib.

O, sosial şəbəkədə faciədə yerli milisin hərəkətsizliyini, onların məsələnin qarşısının alınmasında öz vəzifə borclarını yerinə yetirməməsini Timoşenko amili ilə əlaqələndirib. Onun sözlərinə görə, prezidentliyə namizəd Yuliya Timoşenko maraqlıdlr ki, mümkün qədər daha çox insan qətlə yetirilsin və prezident seçkiləri təxirə salınsın. Odessadakı Həmkarlar İttifaqının binasında baş verənlər buna bir nümunədir.

Sobçak bir qədər də irəli gedərək ölkə boyunca milisin defakto Timoşenkoya tabe olduğunu dilə gətirib:

“Seçkilərin təxirə salınmasında Timoşenko olduqca maraqlıdı. Çünki bu gün rəy sorğuları göstərir ki, o, Poroşenkoya məğlub olur. Seçkilərin uzanması köhnə dostların - Putin və Timoşenkonun xeyrinə oynayır. Odur ki, ukraynalılar diqqətli olmalıdırlar". /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm