Dünya
DƏHŞƏT: 13 ildə 500 qıza təcavüz etdi
Hindistan polisi 500 yetkinlik yaşına çatmayan qızı zorlayan şəxs tutulub.
Publika.az xəbər verir ki, bu haqda yerli “Times of India” nəşri bildirib.
38 yaşlı dərzi Sunila Rastoqi cinayət əməllərini 13 il ərzində həyata keçirib. Polis cinayətkarın axtarışına təxminən üç il vaxt sərf edib. Polis Dehlidə iki qızın şikayətlərini alandan sonra araşdırmaya başlayıb.
Müşahidə kameralarında qeydə alınan görüntülərdən, həmçinin yerli sakinlərin verdiyi məlumatlardan istifadə edən polis şübhəlinin izinə düşüb. Sunila Rastoqi polislərə tanış şəxs olub. O, 2006-cı ildə Uttarakxand ştatında fermada qıza hücum etdiyi üçün 6 ay azadlıqdan məhrum edilmişdi.
Rastoqi istintaqa ifadəsində bildirib ki, məktəbli qızlara 2004-cü ildən başlayaraq təxminən 500 hücum edib. Həmçinin o bildirib ki, yetkinlik yaşına çatmayanlara 2,5 min dəfə hücum etməyə cəhd göstərib.
Onun qurbanları adətən 7-dən 10 yaşadək qızlar olub. “Sunila Rastoqi məktəbdən evə tək qayıdan qızların qarşısını kəsib, yalandan atasının ona paltar və ya başqa bir əşya aldığını söyləyərək heç kimin olmadığı bir yerə aparırmış”, - deyə polisdən bildirilib.
Onun 5 uşaq atası olduğu deyilir.
Ömər
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!