Amerika və Rusiya ordusu dənizdə üz-üzə gəldi - MÜHARİBƏ BAŞLAYIR - - FOTOLAR
Bizi izləyin

Dünya

Amerika və Rusiya ordusu dənizdə üz-üzə gəldi - MÜHARİBƏ BAŞLAYIR - - FOTOLAR

Qara dəniz bölgəsi ABŞ-Rusiya qarşıdurmasının yeni məkanına çevrilib.

Ukrayna böhranından sonra Qara dəniz bölgəsi ABŞ-Rusiya qarşıdurmasının yeni məkanına çevrilib.

Publika.az xəbər verir ki, Rusiya hələ 2014-cü ildə Qara dənizə döyüş gəmiləri, yeni raket sistemləri və 400 kilometr hədəfi vura bilən S-400 raket komplekslərini yerləşdirdi. Buna cavab olaraq, ABŞ Rumıniyanın Qara dəniz sahilində Köstencə limanındakı “Mixail Koqalniceanu” hərbi hava bazasında əsgərlərin sayını artırdı.

Bununla yanaşı, ABŞ Rusiyanın etirazına baxmayaraq, Rumıniyada raketdən müdafiə sistemlərini aktivləşdirdi. Vaşinqton yenilənən radar sistemlərinə və SM-2 raket əleyhinə olan sistemlərinə 800 milyon dollar xərcləyib. ABŞ-ın son 20 ildə ən böyük hərbi kontingentini NATO-nun şərq sərhədlərinə, yəni Rusiyaya yaxın bölgəyə daşıyacağı gözlənilir.

Artıq yüzlərlə tank və hərbi texnika Polşa-Rusiya sərhədinə göndərilib. Fevralda 4 min amerikalı əsgər də bu bölgəyə gələcək.

15-16 fevralda NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin zirvə toplantısında Rusiya sərhədində yeni hərbi gücün yığılması məsələləri müzakirə olunacaq.

“Habertürk” saytı Qara dənizdə Rusiya-ABŞ gərginliyinin yaşandığı bir vaxtda Türkiyənin neçə siyasət aparacağını araşdırıb.

Yüksək səviyyəli diplomatik mənbələrin sayta verdikləri məlumata görə, Türkiyə NATO və Rusiyanın Qara dənizdə artan qarşıdurmasından narahatdır.

Türkiyə hər iki tərəflə münasibətlərini nəzərə alaraq, qarşıdurmanın təhlükəsizlik təhdidlərini artıracağını düşünür. Buna görə də Ankara Qara dəniz bölgəsindəki ölkələrlə baş verənlərə qarşı yeni addımlar atılması məsələsini müzakirə edir.

Məqsəd Qara dəniz ölkələri arasında koordinasiya yaratmaq və qarşıdurmanı zəiflətməkdir.

NATO isə Qara dənizdə təsir imkanlarını artırmaq üçün yeni “yol xəritəsi” hazırlayıb. Şimal Alyansındakı mənbələrin məlumatına görə, Ukrayna böhranı və Krımın ilhaqı Qara dəniz bölgəsində yeni dövrün başlandığına işarədir.

NATO mənbələri Rusiyanın Qara dənizdəki qüvvələrini 4-5 qat artırmasına ciddi reaksiya veriləcəyini deyir.

Türkiyə baş verənlərə qarşı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının imkanlarından da istifadə etməyi düşünür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm