Quantanamo həbsxanasındakı əsrlərin sayı açıqlandı - – FOTOLAR
Bizi izləyin

Dünya

Quantanamo həbsxanasındakı əsrlərin sayı açıqlandı - – FOTOLAR

Quantanamo həbsxanasında saxlanılan daha 10 əsir Omana ekstradisiya edilib.

ABŞ-ın Müdafiə Nazirliyi Quantanamo həbsxanasında saxlanılan əsrlərin sayını açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Pentaqon” hazırda Quantanamo həbsxanasında 45 nəfər əsirin saxlanıldığını bəyan edib.

Məlumatda deyilir ki, Quantanamo həbsxanasında saxlanılan daha 10 əsir Omana ekstradisiya edilib. Hazırda bu həbsxanada 45 nəfər əsir saxlanılır.

Qeyd edək ki, Barak Obama ABŞ prezidenti seçilərkən Quantanamo həbsxanasını bağlayacağını vəd etmişdi. Ancaq onun dövründə bu, mümkün olmadı.

Ağ Evin sözçüsü Coş Ernest keçirdiyi son mətbuat konfransında bəyan edib ki, Quantanamo həbsxanasının bağlanılması mümkünsüzdür:

“Quantanamo həbsxanasını bağlamaqla hədəfimizə çata bilmərik. Ona görə də bu həbsxananı bağlamaq niyyətimiz yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm