Dünya
"Reina" terrorçusunun əsl HƏDƏFİ - plan son anda dəyişdirilib (YENİLƏNDİ)
İstanbuldakı “Reina” klubuna hücum edən terrorçunun ilk ifadəsi ortaya çıxıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, 39 adamı öldürən Abdulkadir Maşaripovun əslində İŞİD terror təşkilatından Taksim Meydanında terror aktı törətmək tapşırığı alıb.
“Taksimə getdim, amma orada təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Mənə təlimatı verən şəxslər yenidən təmas yaratdım. Ərazidə yeni hədəfin axtarılmasını istədilər. Sahildə taksi ilə gəzdim. “Reina” uyğun görünürdü. Təhlükəsizlik tədbirlərinin olduğu gözə dəymirdi. Rakkadakı adama məlumat verdim, o qəbul etdi”, - deyə terrorçu bildirib.
O, ifadəsində Əfqanıstanda “Əl-Qaidə” düşərgələrində silahlı təlim aldığını, daha sonra İŞİD-ə keçdiyini bildirib. Ötən ilin yanvar ayında isə Suriyadakı müharibəyə qatılması üçün təlimat alır. Bundan sonra İran üzərindən Türkiyəyə gələrək Konyada yerləşir. Konyada olduğu vaxt isə Rakkadan terror aktının təşkil edilməsi barədə təlimat gəlir.
Maşaripov Yeni il gecəsində terror aktı törətmək üçün dekabrın 16-da Konyadan İstanbula gəlib. İlk olaraq Başakşehirdə İŞİD-ə adi bir evdə yerləşib. Terror aktından iki gün əvvəl isə Zeytinburnuna köçüb.
O, hadisəni törətdikdən sonra hadisə yerindən qaçmaq məqsədi ilə əlindəki “Flashbang” adlanan əl bombasını partladaraq yaralı kimi çölə çıxıb. Mindiyi taksinin sürücüsünə pulu olmadığını deyib və Kuruçeşmədə düşüb. Bir neçə taksi dəyişdikdən sonra Zeytinburnuna gəlib. Uyğur restoranında çalışan tanışlarından taksi pulu alaraq, gecəni orada keçirib.
Terrorçu ertəsi gün Esenyurtda kirayə tutulan evə gedib. Burada terrorçuya biri qaradərili olmaqla iki qadın qulluq edib. Məlumata görə, polis terrorçunun yaşadığı mənzili 4 gün bundan öncə müəyyənləşdirib və yanındakı evi kirayələyib. Bu günlər ərzində evə gəlib gedən şəxslər və terrorçunun danışıdığı bütün nömrələr nəzarət altında olub. Terrorçunun 4 dildə danışdığı bildirilir.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!