NATO: “Moskva sərhədi keçmədən hədəflərinə çatacaq”
Bizi izləyin

Dünya

NATO: “Moskva sərhədi keçmədən hədəflərinə çatacaq”

NATO: “Moskva sərhədi keçmədən hədəflərinə çatacaq”

“Moskva Ukraynada öz hədəflərinə sərhədi keçmədən çatacaq”.

Publika.az – ın “RBK-Ukrayna” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri NATO-nun Avropadakı baş komandanı general Filipp Bridlav deyib.

F.Bridlavın fikrincə, Rusiya Ukrayna ərazisinə hərbi müdaxiləyə təşəbbüs etməyəcək.

“Rusiya hakimiyyəti ehtimal ki, indiki siyasətini davam etdirməyə çalışacaq. Moskva Ukraynanın yeni hökumətini etibardan salmaq, ölkədə etiraz çıxışlarını təhrik etmək və separatizm hərəkatı üçün meydan yaratmağa çalışacaq”.

Bununla belə, NATO rəsmisi əmin olduğunu bildirib ki, Ukraynanın şərqində Rusiyanın xüsusi təyinatlı bölmələri var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm