“Onlar daha əvvəl başladılar…” - Rusiyaya üç cəbhədən HÜCUM PLANI
Bizi izləyin

Dünya

“Onlar daha əvvəl başladılar…” - Rusiyaya üç cəbhədən HÜCUM PLANI

Olland və Merkel “Böyük müharibə”dən necə qurtuldu?

ABŞ Rusiyaya genişmiqyaslı zərbənin vurulmasına hazırlaşırdı.

Publika.az topwar.ru saytına istinadən xəbər verir ki, bunu Amerika tarixçisi və politoloqu Stiven Koen deyib.

Yazı müəllifi Viktor Kamenev bildirir ki, politoloq 1960-cı ildən başlayaraq, Rusiya və Birləşmiş Ştatlar arasında müharibənin imkanını daha real hesab edir. “Yaxın vaxtlarda ən yüksək çinli Amerika məmurlarının planları məlum oldu. Bu, Rusiyaya qarşı birbaşa müharibənin başlaması ilə bağlıdır”, - deyə Stiven Koen bildirib.

Rusiyaya üç cəbhədən hücum

Stiven Koenin sözlərinə görə, qarşıdurmanın ilkin mərhələsində ABŞ-ın fəal şəkildə hazırladığı Ukrayna, Türkiyə və Yaxın Şərq monarxiyaları çıxış etməli idilər.

Rusiyaya üç istiqamətdən hücum etməyi planlaşdırırdılar: Ukrayna, Qafqaz (Türkiyə) və Mərkəzi Asiya. Vaşinqton bunun üçün Ukrayna və Türkiyədə dövlət çevrilişləri planlaşdırır, Suriyada müharibə meydanı yaradaraq Bəşər Əsədin hökumətini hərbi cəhətdən dağıtmaq istəyirdi. Ancaq Vaşinqton plana qismən müvəffəq oldu: Ukraynada çevriliş mümkün oldu, Türkiyədə isə baş tutmadı. Həmçinin Əsədin İŞİD-in köməyilə devrilməsi planı iflas etdi.

Olland və Merkel “Böyük müharibə”dən necə qurtuldu?

Bu plan haqqında Moskva bilirdimi? 2014-cü ilin fevralında ABŞ Kiyevdə dövlət çevrilişinin aktiv mərhələsi başlananda Rusiya prezidenti Vladimir Putin Soçidə keçirdiyi mətbuat konfransında bu barədə dedi: “Onlar daha əvvəl başladılar…”

Yəni, Moskva Ukraynada rejim dəyişikliyini 2015-ci ilin əvvəlində - növbəti prezident seçkilərində gözləyirdi. Bu gözlənti daha məntiqli idi. Çünki bu, əməliyyatı daha qanuni etməyə icazə verirdi. Görünür, Moskva bu plan haqqında bilirdi və Amerikanın “yad əllərlə” təcavüzünün qarşısının alınması üçün öz əks-planını hazırlayırdı.

ABŞ Kiyevdə dövlət çevrilişi həyata keçirdi, amma Moskva hakimiyyət boşluğundan istifadə etdi və Krımı Rusiyaya birləşdirdi. Və bununla da Qara dənizin açarını əllərinə götürdü. Amerika donanması Qara dənizdə təhlükəsiz mövqedən məhrum oldu və Odessada dəniz kommunikasiyası zərbənin altında saxlanılırdı.

Məhz bu səbəbə görə, Moskva Donbasda üsyanı dəstəklədi. ABŞ təsadüfən bu danışıqlarda iştirak etmir: üçüncü ölkələrin köməyi ilə Rusiyaya qarşı hücuma, Avropada böyük müharibəyə hazırlaşırdılarsa, Minsk razılaşmalarında iştirak edə bilməzdilər.

“Böyük müharibə” haqqında Fransa prezidenti Fransua Olland ağzından bəzi sölər qaçırdı. O, həmin vaxt Almaniya kansleri Angela Merkellə bərabər Vladimir Putinlə danışıqlar üçün Moskvaya uçurdu. Avropa İttifaqı Vaşinqtonun əksinə, Avropada “böyük müharibə”dən qorxdu və Moskva ilə Minsk razılaşmalarına getdi, həm də Moskva üçün əlverişli şərtlərdə. Amerikalı senator Con Makkeyn Münhen təhlükəsizlik konfransında qəzəblənmişdi: “Merkel və Olland Moskvaya niyə uçur?”

Rusiya üçün əlverişli Minsk razılaşmalarının mətni göstərir ki, Rusiya vuruşmağa hazır idi. Putin Münhen təhlükəsizlik konfransına dəvəti rədd etdi, Moskva sadəcə susurdu… Bu Merkel və Ollandı qorxutdu, onlar Minskdə Rusiyaya güzəştə getdilər. Beləliklə, Ukrayna istiqamətində vəziyyətin eskalasiyasından qaçmağı bacardılar.

Türkiyə “ət topu” kimi

Vaşinqton Türkiyədə Ərdoğanı iki dəfə - birinci halda, 2013-cü ildə İstanbulda Gəzi Parkı hadisələri fonunda “rəngli inqilab”ın köməyi ilə, ikincisi halda isə, 2016-cı il iyulun 15-də hərbi çevriliş cəhdi ilə devirməyə çalışıb. Və hər ikisində uğursuz oldu. Diplomatik İran mənbələri bildirir ki, Ərdoğana ikinci halda Rusiya kömək etdi. Moskva Ərdoğana vaxtında xəbərdarlıq etdi ki, onun üçün Liviya lideri Müəmmər Qəddafinin taleyini hazırlayırlar. Və Ərdoğan özü üçün son nəticələri çıxardı: Suriyada Rusiya və İranla yaxınlaşmaq.

Ərdoğan məsuliyyətli türk lideri kimi anlayır ki, Rusiya-Türkiyə münaqişəsi kimin maraqlarına xidmət edəcək. “Ət topu” kimi istifadə ediləcəyini anlayan Türkiyə Rusiya ilə dost münasibətləri qurdu. Yəni, Ərdoğan Moskva ilə vuruşmaqdan imtina etdi və nəticədə Vaşinqtonun dövlət çevrilişi cəhdləri ilə üzləşdi. Rusiyanın Su-24 qırıcısı Türkiyənin İncirlik bazasından qalxan F-16 tərəfindən vurulmuşdu. Lakin Rusiya-Türkiyə müharibəsini izləmək mümkün olmadı. Bundan sonra isə Ərdoğana qarşı hərbi qiyamın həyata keçirilməsi barədə əmr verildi.

Əsədin xilası və Vaşinqtonun planına son zərbə

ABŞ İŞİD bayrağı altında Suriyada müharibə meydanı yaratdı. Məqsəd Bəşər Əsəd rejiminin devrilməsi idi. Lakin Rusiya Suriyaya hərbi müdaxilədən çəkinmədi və nəticədə Əsədi xilas etdi. Bu gün Əsəd ayaqdadır, İŞİD və onunla bağlı qruplaşmalar məğlub olur. Rusiya, Türkiyə və İran Suriyada sülh prosesinin zaminidirlər. Vaşinqtonu isə Astanaya Suriya üzrə yeni zaminlərin danışıqlarına kənardan baxmağa dəvət edirlər.

Beləliklə, Moskva iki istiqamətlə ABŞ-ın zərbələrini dəf edib, Ukrayna istiqaməti isə yalnız dondurulub. “Yalnız Vladimir Putinin qətiyyətli hərəkətləri nəticəsində Rusiyaya hərbi zərbədən müvəqqəti imtina etməyə qərar verildi”, - Stiven Koen bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm