Merkel Ərdoğanla görüşə gedir
Bizi izləyin

Dünya

Merkel Ərdoğanla görüşə gedir

ngela Merkel Türkiyəyə işgüzar səfər edəcək.

Bu ilin fevral ayının əvvəlində Almaniya kansleri Angela Merkel Türkiyəyə işgüzar səfər edəcək.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, səfər fevral ayının ilk həftəsi reallaşacaq.

Məlumata görə, səfər çərçivəsində Angele Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım tərəfindən qəbul ediləcək.

Keçiriləcək görüşlərdə Avropaya gedən miqrantlarla bağlı problemin həlli, regional münaqişələr, terrorla mübarizədə birgə əməkdaşlıq, iqtisadi əlaqələrin daha da genişləndirilməsi və digər bu kimi məsələlər müzakirə olunacaq.

Fevralın sonunda isə Angele Merkel ABŞ-a səfər edəcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm