Dünya
"Torpaqlardan imtina etsək, sülh olmayacaq"
Ukrayna Donbasdan və onun sakinlərindən imtina etməməlidir, belə
strategiya ölkənin şərqində sülhə gətirib çıxarmayacaq.
Publika.az APA-ya
istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petr Poroşenko
bəyan edib.
P. Poroşenko deyib ki, Ukraynada xəlvət və sakit formada Donbasdan
və onun sakinlərindən imtina edilməsini istəyən siyasi qüvvələr
var. Bu ideyanı qəbuledilməz sayan P. Poroşenko torpaqlardan
imtinanın sülhə gətirməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Ukrayna Ali Radasının bir neçə deputatı rəsmi Kiyevi
nəzarətdən kənarda olan Luqansk və Donetsk vilayətlərinin
ərazilərinə iqtisadi blokada tətbiq etməklə kifayətlənməməyə,
faktiki onlardan imtina etməyə çağırıb. Məsələn, keçən ilin
dekabrında deputat Semyon Semyonçenko Ali Radaya Luqansk və Donetsk
vilayətlərinin nəzarət edilməyən ərazilərinin müvəqqəti təcrid
edilməsini və güclü təhlükəsizlik zolağı yaradılmasını təklif
edib.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ