• USD 1,7000 0,00% EUR 2,0161 -0,49%
    • GBP 2,3452 -0,92% RUB 0,0233 -0,86%

ABŞ-ın “abort müharibəsi”ndə növbəti mərhələ - Tramp fərman verdi

  • Dünya
  • 24 Yanvar 2017 12:39
  • 897 Baxış
ABŞ-ın “abort müharibəsi”ndə növbəti mərhələ - Tramp fərman verdi

ABŞ Prezidenti Donald Tramp abortları dəstəkləyən xarici təşkilatların federal fondlar tərəfindən maliyyələşdirilməsini dayandırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, beləliklə, Tramp öz sələfi Barak Obamanın 2009-cu ildə verdiyi qərarı ləğv edib.

ABŞ prezidenti 1999-cu ildə "qadınların azad seçimi" adlandıraraq abortları dəstəkləyirdi. O, NBC kanalına müsahibəsində bildirmişdi ki, abortların qadağasına qarşı çıxır. Milyarder sonradan baxışlarının dəyişdiyini qeyd edib.

Tramp 2016-cı ilin aprelində seçkiqabağı kampaniyası zamanı abortlara görə qadınları cəzalandırmağı təklif edib. Məhz hansı cəzalardan söhbət getdiyini isə Tramp dəqiqləşdirməyib. Siyasətçinin bu sözləri sərt reaksiya doğurub. Tramp sonradan dəqiqləşdirib ki, abortlar haqqında bəyanatı yanlış başa düşülüb, çünki o, qadınları deyil, həkimləri cəzalandırmağı təklif edib.

Abortları dəstəkləyən xarici təşkilatların federal fondlar tərəfindən maliyyələşdirilməsini qadağan edən fərman ilk dəfə respublikaçı prezident Ronald Reyqan tərəfindən verilib. Qadağa demokrat Bill Klinton tərəfindən 1993-cü ildə qaldırılıb. Onun xələfi respublikaçı kiçik Corc Buşun qadağanı yenidən tətbiq etsə də, Barak Obama qadağanı növbəti dəfə qaldırılıb.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR