Tramp NATO-nun işindən narazıdır
Bizi izləyin

Dünya

Tramp NATO-nun işindən narazıdır

Tramp NATO-nun işindən narazıdır.

ABŞ-ın yeni prezidenti Donald Tramp Şimali Atlantika Alyansının fəaliyyətindən narazıdır və NATO-nu hazırkı şəkildə səmərəli hesab etmir.

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Şon Spayser deyib.

"Tramp artıq dəfələrlə və açıq şəkildə bildirib ki, NATO hazırkı quruluşda faydalı iş əmsalı baxımından missiyasını lazımınca yerinə yetirmir və xüsusilə səmərəli deyil", - deyə Amerika prezidenti administrasiyasının rəsmi nümayəndəsi bildirib.

Spayserin sözlərinə görə, Tramp ümumilikdə ABŞ-ın alyansa verdiyi töhfə və ondan aldığı fayda fonunda gördüklərindən narazıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm