Avropanın ən gənc “dövlət”i Trampa müraciət etdi
Bizi izləyin

Dünya

Avropanın ən gənc “dövlət”i Trampa müraciət etdi

Mütəqilliklərinin tanınmasını istəyirlər.

“Liberland” adlı tanınmamış dövlətin başçısı Vit Jedlicka ABŞ prezidenti Donald Trampın komandası ilə əlaqələrə başlayıb və ölkəsinin tanınmasına ümid edir.

Publika.az xəbər verir ki, o, bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

Daha əvvəl “Washington Post” qəzeti yazıb ki, tanınmamış ölkənin müstəqilliyinin təxminən 20 tərəfdarı Trampın inauqurasiyasında iştirak etmək üçün ABŞ-a gəlib. Onlar Birləşmiş Ştatlardakı tərəfdarların köməyi sayəsində inaqurasiya mərasiminə bilet almağı bacarıblar. “Liberland”ın nümayəndələri hesab edirlər ki, Trampın Vaşinqtonun xarici siyasətinə yeni baxışı onların ölkəsinin tanınması üçün şans yaradacaq.

“Bizim yüksək vəzifəli insanlarla əlaqələrimiz var. Onlar ABŞ prezidenti Donald Trampın administrasiyasında çox əhəmiyyətli rol oynayırlar. Trampın prezident olmasına çox şadıq və ondan istifadə etməyi planlaşdırırıq”, - deyə Yedliçka bildirib.

O, qeyd edib ki, Trampın hakimiyyətə gəlişi yalnız “Liberlend” üçün deyil, həm də başqa ölkələr üçün çox imkan açır:

"Düşünürəm ki, Tramp Kreml barəsində siyasəti kardinal şəkildə dəyişdirəcək və Moskva ilə münasibətləri yaxşılaşdıracaq. İndi o, Britaniya ilə əlaqələri möhkəmləndirməklə məşğuldur. Düşünürəm ki, zamanla bizə də diqqət yönələcək”.

Qeyd edək ki, “Liberland” 2015-ci il aprelin 13-də Avropanın mərkəzində, Xorvatiya ilə Serbiya sərhədləri arasındakı Monostor bölgəsində, Tuna çayı sahillərində təqribən 7 kvadrat kilometrlik bir ərazidə müstəqilliyini elan edib.

BMT-nin üzvü olan ölkələr tərəfindən hələ ki, tanınmayan “Liberland dövləti” 1933-cü ildə bağlanmış Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyasının tələblərinə görə suveren dövlət hesab olunur. Hazırda “Avropanın ən gənc dövləti” adı ilə daha çox tanınan “Liberland” ölkədə keçirilən ilk prezident seçkiləri ilə də tarixə düşüb. Belə ki, “Liberland”a keçirilən prezident seçkilərində cəmi 2 nəfər səs verir ki, onlardan biri yeni seçilən prezident Vit Jedlickanın həyat yoldaşı Jana Markovicova, digəri isə yaxın dostu Jaromir Miskovsky olur. Beləliklə, Jana Markovicova həm də bu “cırtdan ölkə”nin ilk “first lady”si olur.

Prezident Vit Jedlicka Liberlandın bayraq və gerbini tərtib edərək, ölkəsini Lixtenşteyn, Vatikan və Monakodan sonra “Avropanın ən kiçik ölkəsi” edir. Bu ölkə qurulandan az sonra dünyanın 184 ölkəsindən vətəndaşlıq müraciəti alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm