Tramp Fələstinə pul tranşını dondurdu
Bizi izləyin

Dünya

Tramp Fələstinə pul tranşını dondurdu

espublikaçılar Partiyasının nümayəndələri bu addıma qarşı çıxıblar.

ABŞ prezidenti Donald Trampın administrasiyası Fələstin hakimiyyətinə pul köçürülməsini dondurub.

Publika.az xəbər verir ki, bu haqda Fələstindəki yüksək vəzifəli mənbəyə istinadən “The Times of Israel” nəşri yazıb.

Nəşrin həmsöhbətinin məlumatına görə, çərşənbə axşamı ABŞ tərəfi Fələstinin baş naziri Rami Həmdullaha maliyyə vəsaitinin yaxın vaxtlarda köçürülməyəcəyini bildirib. Dövlət Departamenti əvvəlki administrasiya tərəfindən qəbul edilmiş qərarı yenidən gözdən keçirəcək. Qərara Tramp administrasiyasının prioritetlərinə uyğun düzəlişin ediləcəyi gözlənilir.

Xatırladaq ki, Barak Obama administrasiyası səlahiyyət müddətinin son saatlarında Fələstinə 221 milyon dolların ayrılması barədə qərarı bəyənib. Barak Obama yanvarın 20-də - Trampın inaqurasiya günündə tranşı həyata keçirmək niyyəti barədə Konqresi xəbərdar edib.

Lakin Respublikaçılar Partiyasının nümayəndələri bu addıma qarşı çıxıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm