Dünya
Tramp, Ərdoğan və Putin bu ölkəni böldü – MƏXFİ SAZİŞİN DETALLARI
Suriyanın ABŞ, Türkiyə və Rusiya arasında bölünməsi ilə
bağlı məxfi razılaşma var.
Publika.az xəbər verir ki, bu barədə MOSSAD-a
yaxınlığı ilə seçilən “Debka” saytı yazıb.
Sayt qeyd edir ki, Suriyanın İsrail və İordaniya ilə olan
sərhədləri boyunca strateji və hərbi dəyişikliklər olacaq.
İddiaya görə, Trampla Putin arasında keçiriləcək telefon
danışığında Suriyada ABŞ, Türkiyə və Rusiyanın “təhlükəsiz
bölgələri”nin yaradılması məsələsi razılaşdırılacaq. Beləliklə,
Suriyada üç “təhlükəsiz bölgə” qurulacaq və bu bölgənin
sərhədlərini üç ölkə müəyyən edəcək. Suriyaya hərbi nəzarət də
Vaşinqton, Ankara və Moskva arasında bölünəcək.
Nəticədə İran ordusu, şiə milislər və Hizbullaha aid güclər
Suriyadan çıxarılacaq.
Sayt yazır ki, ABŞ ordusu Suriyada iki “təhlükəsiz bölgə”yə sahib
olacaq. Bura kürdlərin əlindəki ərazilərdən tutmuş Fərat çayının
şərqindən İraq sərhədinə qədər olan bölgə daxildir. Rusiya Fərat
çayının qərbindən Aralıq dənizinə qədər olan ərazilərə nəzarət
edəcək.
Türkiyəyə isə Suriya ilə sərhəd boyunca 650 kilometrlik
uzunluğunda, 35-50 kilometr enində bir əraziyə nəzarəti əlinə
alacaq. Bu bölgə Əl Baba qədər uzanacaq.
“Debka” hərbi mənbələrə istinadən bildirir ki, ABŞ-ın nəzarət
edəcəyi ikinci bölgə isə Suriyanın İordaniya və İsrail sərhədindəki
ərazilər olacaq. Məlumatlara görə, İordaniyada olan 7500 nəfərdən
ibarət ABŞ-ın xüsusi təyinatlı qrupu hazırda Suriyaya keçərək
adıçəkilən bölgədə yerləşir.
Qeyd edək ki, İranın Suriyadan çıxması İsrail üçün sərfəlidir.
Lakin Tehranın buna hansı reaksiya verəcəyi də çox maraqlıdır.
Asif
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil18 Aprel 21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO