Trampla Putin arasında ilk telefon danışığı baş tutdu - - FOTO
Bizi izləyin

Dünya

Trampla Putin arasında ilk telefon danışığı baş tutdu - - FOTO

Danışıqlara ABŞ-ın vitse-presidenti Mayk Pens də qoşulub.

ABŞ prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı baş tutub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" ABŞ administrasiyasının yüksək vəzifəli şəxsinə istinadən xəbər verib.

Məlumatda bildirilir ki, dövlət başçılarının telefon danışığı 45 dəqiqə davam edib. Bu, Trampın dövlət başçısı vəzifəsinin səlahiyyətlərini icra etməyə başlamasından sonra ABŞ və Rusiya dövlət başçıları arasında ilk telefon danışığıdır.

Danışıqlara ABŞ-ın vitse-presidenti Mayk Pens də qoşulub. Prezidentlərin müzakirə mövzusu barəsində hər hansı məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl Trampla Almaniya kansleri Angela Merkel və Yaponiyanın baş naziri Abe Sindzo arasında da telefon danışığı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm