“Onlar III Dünya müharibəsini...” – Trampdan XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

“Onlar III Dünya müharibəsini...” – Trampdan XƏBƏRDARLIQ

Onlar təəssüf ki, immiqrasiya haqqında məsələdə çox zəifdirlər.

ABŞ prezidenti Donald Tramp respublikaçı senatorlar Con Makkeyn və Linds Qremi üçüncü dünya müharibəsinə başlamaq üsullarını axtarmaqda ittiham edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu haqda Tvitter hesabında yazıb.

“Con Makkeyn və Linds Qremin birgə bəyanatı səhvdir. Onlar təəssüf ki, immiqrasiya haqqında məsələdə çox zəifdirlər. Senatorlar İŞİD-ə və qeyri-leqal immiqrasiya qarşı mübarizəyə, sərhədlərin təhlükəsizliyin təmin olunmasına diqqət ayırmalı, üçüncü dünya müharibəsinə başlamaq üsullarını axtarmamalıdır”, - deyə Tramp qeyd edib.

Daha əvvəl Makkeyn və Qrem prezidentin miqrasiya haqqında fərmanını tənqid edib.

Trampın fərmanına əsasən, Suriya qaçqınlarının ABŞ-a girişinə qeyri-müəyyən müddətdə, başqa ölkələrdən qaçqınların isə 120 gün müddətində ölkəyə buraxılmaması nəzərdə tutulur. Sənədə əsasən, 2017-ci ildə başqa ölkələrdən qəbul ediləcək qaçqınların sayı 50 minə qədər məhdudlaşdırılacaq. Keçmiş prezident Barak Obama administrasiyasında bu rəqəm 120 min idi.

Makkeyn və Qremin fikrincə, fərman ABŞ-ın təhlükəsizliyinin gücləndirilməsinə deyil, terrorçuların aktivləşməsinə gətirib çıxaracaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm