Suriya bölünəcəkmi? – Moskva Vaşinqtona CAVAB VERDİ
Bizi izləyin

Dünya

Suriya bölünəcəkmi? – Moskva Vaşinqtona CAVAB VERDİ

“Suriyada qaçqınların özlərini təhlükəsiz hiss edə biləcəyi zonaların yaradılması üçün Suriya hökuməti ilə razılaşmaq lazımdır”.

“Suriyada qaçqınların özlərini təhlükəsiz hiss edə biləcəyi zonaların yaradılması üçün Suriya hökuməti ilə razılaşmaq lazımdır”.

Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Eritreyadan olan həmkarı Osman Saleh ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“ABŞ prezidenti Donald Trampın Suriyada təhlükəsiz zonaların yaradılması ilə bağlı planı qonşu ölkələr və Avropanın miqrant yükünü yüngülləşdirmək üçün atılması planlaşdırılan bir addım kimi görünür. Həqiqətən belədirsə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının səlahiyyətliləri ilə Suriya torpaqlarında evlərini tərk edənlərin yaşaması üçün xüsusi zonaların yaradılması üzərində düşünülə bilər. Suriyada təhlükəsiz zonaların yaradılması fikrini amerikalı həmkarlarımızla dialoqumuz zamanı müzakirə edəcəyik. Şübhəsiz bütün bunlar üçün Suriya hökumətinin razılığı lazımdır”, - deyə Rusiya xarici siyasət idarəsinin başçısı bildirib.

Qeyd edək ki, ABŞ prezidenti ötən həftə ABC televiziyasına verdiyi müsahibəsində Suriyada təhlükəsiz zonaların yaradılması mövzusuna toxunub. Avropa İttifaqının Yaxın Şərqdən milyonlarla qaçqını qəbul edərək böyük bir səhvə yol verdiyini deyən dövlət başçısı Suriyada təhlükəsiz zonaları mütləq yaradacağını bildirib.

Bu bəyanata Moskvanın münasibəti müsbət olmayıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, təhlükəsizlik zonalarının yaradılmasının mümkün nəticələri nəzərə alınmalıdır.

Ötən həftə MOSSAD-a yaxınlığı ilə seçilən “Debka” saytı Suriyanın ABŞ, Türkiyə və Rusiya arasında bölünməsi ilə bağlı məxfi razılaşmanın olduğunu iddia edib. Sayt iddia etmişdi ki,Trampla Putin arasında keçiriləcək telefon danışığında (telefon danışığı yanvarın 28-də olub – red.) Suriyada ABŞ, Türkiyə və Rusiyanın “təhlükəsiz bölgələri”nin yaradılması məsələsi razılaşdırılacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm