Rusiya Ukraynanın hərbi təyyarəsini vurdu
Bizi izləyin

Dünya

Rusiya Ukraynanın hərbi təyyarəsini vurdu

Bu haqda Ukrayna Hərbi dəniz qüvvələrinin qərargahından bildirilib.

Bu gün Qara dənizdə Odessa qaz yatağının üzərində Ukrayna Hərbi dəniz qüvvələrinin AN-26 hərbi nəqliyyat təyyarəsi atəşə tutulub.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Hərbi dəniz qüvvələrinin qərargahından bildirilib.

Məlumata görə, təyyarəyə Rusiyanın Qara dəniz donanmasına məxsus gəminin göyərtəsindən atıcı silahlarla atəş açılıb. Ukrayna təyyarəsinin korpusu zədə alıb, amma ekipaj heyəti zərər çəkməyib.

Uçuşun həyata keçirildiyi ərazi Ukraynaya aiddir. Məlumata görə, AN-26 silah və döyüş sursatı ilə təchiz olunmamışdı.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm