ABŞ-dan İrana rəsmi XƏBƏRDARLIQ
Bizi izləyin

Dünya

ABŞ-dan İrana rəsmi XƏBƏRDARLIQ

Birləşmiş Ştatlar İrana rəsmi xəbərdarlıq edib.

Birləşmiş Ştatlar İranın ballistik raket sınağını pisləyir, bu hərəkətlərin regionda təhlükəsizlik və stabilliyi pozduğunu hesab edir və bununla əlaqədar İslam Respublikasına rəsmi xəbərdarlıq edir.

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən gündəlik brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Maykl Flinn deyib.

"Biz rəsmi olaraq İrana xəbərdarlıq edirik... İran ABŞ və onun müttəfiqlərinə qarşı təhdidləri davam etdirir. Birləşmiş Ştatlar İranın Yaxın Şərq dövlətlərinin təhlükəsizliyi, stabilliyi və çiçəklənməsinə əngəl olan bu kimi hərəkətlərini pisləyir", - deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm