“Brexit” üzrə qanun layihəsi qəbul edildi
Bizi izləyin

Dünya

“Brexit” üzrə qanun layihəsi qəbul edildi

Britaniya İcmalar Palatası “Brexit” üzrə qanun layihəsini qəbul edib.

Böyük Britaniyanın İcmalar Palatası “Brexit” üzrə qanun layihəsini ikinci oxunuşda qəbul edib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, qanun layihəsinin lehinə 498, əleyhinə 114 palata üzvü səs verib.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair müzakirələr iki gün davam edib. Yekun səsvermənin fevralın 8-də keçiriləcəyi bildirilir.

Qeyd edək ki, ötən il, iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda əhalinin 52 faizi ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm